
Gələn il Ermənistanın dövlət büdcəsindən hərbi xərclər üçün ayrılan vəsait 23% və ya 144 milyon dollar artırılacaq. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı hökumətin iclasında Ermənistanın maliyyə naziri bəyan edib.
Məlumatda bildirilir ki, bu il Ermənistanın hərbi xərclərinin 623 milyon dollar (300,5 milyard dram), gələn il isə 767 milyon dollar (370 milyard dram) olacağı gözlənilir.
Hökumətin iclasında həmçinin qeyd edilib ki, gələn il dövlət büdcəsinin gəlirləri 3 milyard 112 milyon dollar (1,5 trilyon dram), xərcləri isə 3 milyard 319 milyon dollar (1,6 trilyon dram) təşkil edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz