“Çelsi”nin yeni kapitanı kim olacaq?


“Çelsi” tezliklə yeni kapitanını müəyyənləşdirəcək. Yeniavaz.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə baş məşqçi Mauritsio Sarri məlumat verib. O bildirib ki, həftə ərzində qərarını açıqlayacaq: “Qərarımı açıqlamazdan əvvəl komanda ilə görüşmək istəyirəm. Seçimimi mətbuatdan əvvəl futbolçularım bilməlidirlər. Bu həftə hər şeyə aydınlıq gələ bilər”.

“Zadəganlar”ın hazırkı kapitanı Qari Keyhill əsas heyətə düşə bilmir və yanvarda klubu tərk edəcək. Hazırda kapitanlıq sarğısını daşımağa iki namizəd göstərilir – müdafiəçi Sezar Aspilikueta və yarımmüdafiəçi Eden Azar.

DİGƏR XƏBƏRLƏR

Top