
İsveçin paytaxtı Stokholmda ilin ən gözlənilən hadisələrindən biri - Nobel həftəsi başlayır. Yeniavaz.com report-a istinadən xəbər verir ki, yaxın zamanda tibb və fiziologiya sahəsində laureatlar məlum olacaq.
Qeyd edək ki, qalibin seçimi və hətta namizədlərin adları çox gizli saxlanılır. Siyahıda ümumilikdə mükafat almağa 300-dən çox namizədin adı var.
Diqqət ənənəvi olaraq Norveçin paytaxtı Osloda təqdim ediləcək Nobel Sülh Mükafatına yönəlib. Bu il şort-listdə Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, KXDR lideri Kim Çen In və məşhur aktyor Corc Kluninin hüquqşünas və hüquqları müdafiəçisi həyat yoldaşı Amal da yer alıb.