Azərbaycan çempionatında ilk dəfə bu ölkənin futbolçusu oynayacaq


Mavritaniya millisinin üzvü “Keşlə”də “Keşlə” daha bir futbolçunu heyətinə cəlb edib. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb. Bildirilir ki, “Gənclərbirliyi”nin yarımmüdafiəçisi Diallo Quidileye ilə münasibətlər rəsmiləşdirilib. Türkiyə təmsilçisi ilə yollarını ayıran Mavritaniya millisinin üzvü cari mövsümün sonuna qədər paytaxt klubunun formasını geyinəcək. Karyerasının böyük hissəsini Fransada keçirən 29 yaşlı Diallo 2013-cü ildən Mavritaniya millisinə dəvət edilir. O, “Trua”, “Brest”, “Şatoru”, AEL, “Nansi” və “Gənclərbirliyi”də çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top