İran Suriyaya ballistik raket atdı


İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın şərqinə raket zərbələri endirib. Yeniavaz.com RBK-ya istinadən xəbər verir ki, raket zərbələri Əhvazda keçirilmiş hərbi parad zamanı törədilmiş terror aktınının təşkilatçılarına yönəlib.

Bildirilir ki, orta radiuslu “Zülfüqar” ballistik raketi 750 kilometr məsafəni qət edərək İŞİD terror qruplaşmasının üzvlərini məhv edib. Zərbənin endirildiyi dəqiq yer və öldürülən silahlıların sayı barədə məlumat verilmir.

Xatırladaq ki, İran-İraq müharibəsinin ildönümünə həsr olunmuş hərbi parad sentyabrın 22-də baş verib.  4 terrorçu parad iştirakçılarına və tamaşaçılara atəş açıb. Hücum edənlərdən ikisi öldürülüb, ikisi isə saxlanılıb. Terror aktı nəticəsində 29 nəfər həlak olub, 60 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top