
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının 7-ci turunda kişilərdən ibarət Azərbaycan milli komandası Polşa komandası ilə qarşılaşacaq. Yeniavaz.com xəbər verir ki, komandalar aşağıdakı şəkildə üz-üzə gələcəklər.
Şəhriyar Məmmədyarov - Yan-Kjıştov Duda
Teymur Rəcəbov - Radoslav Voytaşek
Arkadi Naydiç - Yatsek Tomçak
Eltac Səfərli - Kamil Draqun
Qadınlardan ibarət yığma komandamız isə İtaliya yığması ilə qarşılaşacaq. Komandalar aşağıdakı şəkildə üz-üzə gələcəklər.
Günay Məmmədzadə - Olqa Zimina
Zeynəb Məmmədyarova - Yelena Sedina
Xanım Balacayeva - Deziree di Benedetto
Ülviyyə Fətəliyeva - Marina Brunello
Qeyd edək ki, hər iki görüş bu gün saat 15:00-da başlayacaq.
Geridə qalan 6 turdan sonra kişilərdən ibarət Azərbaycan milli komandası 16 xalla ilk pillədə, qadınlardan ibarət Azərbaycan milli komandasıisə 10 xalla 7-ci sırada qərarlaşıb.
Məlumat üçün qeyd edək ki, Dövlət Neft Şirkətinin (SOCAR) sponsoru olduğu olimpiadada 185 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyəti iştirak edir. Azərbaycanı yarışda kişi və qadınlardan ibarət iki komanda təmsil edəcək. Qədir Hüseynovun rəhbərlik etdiyi kişilərdən ibarət komandada ölkəmizin idman şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naidiç, Rauf Məmmədov və Eltac Səfərəli qoruyacaqlar. Qadınlardan ibarət komandada isə Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balabəyova, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva mübarizə aparır. Komandanın məşqçisi Fikrət Sideyifzadədir.