Şəhriyar Məmmədyarovdan növbəti qələbə


Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının 6-cı turunda kişilərdən ibarət Azərbaycan milli komandası Çexiya komandası ilə qarşılaşıb. Yeniavaz.com xəbər verir ki, komandalarda təmsil olunan şahmatçılar aşağıdakı şəkildə üz-üzə gəliblər.

Şəhriyar Məmmədyarov - David Navara 
Teymur Rəcəbov - Viktor Lazniçka  
Arkadi Naydiç - Zbinek Qraçek
Rauf Məmmədov - İrji Stoçek

Şəhriyar Məmmədyarov David Navara üzərində inamlı qələbə qazanıb.
Teymur Rəcəbov və Rauf Məmmədov heç-heçə ilə razılaşıblar.
Arkadi Naydiç isə Zbinek Qraçek üzərində qələbə qazanıb.
Komandamız 3 - 1 hesabı ilə qalib gəlib.

Məlumat üçün qeyd edək ki, Dövlət Neft Şirkətinin (SOCAR) sponsoru olduğu olimpiadada 185 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyəti iştirak edir. Azərbaycanı yarışda kişi və qadınlardan ibarət iki komanda təmsil edəcək. Qədir Hüseynovun rəhbərlik etdiyi kişilərdən ibarət komandada ölkəmizin idman şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naidiç, Rauf Məmmədov və Eltac Səfərəli qoruyacaqlar. Qadınlardan ibarət komandada isə Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balabəyova, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva mübarizə aparır. Komandanın məşqçisi Fikrət Sideyifzadədir.
 

DİGƏR XƏBƏRLƏR

Top