Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.
Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.
Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur. (report)
Qəzanın təfərrüatları araşdırılır. (report)