Yerə 60 min kilometr sürətlə iri asteroid yaxınlaşır

 
ABŞ-ın NASA kosmik agentliyi Yerə nəhəng SP1 asteroidinin yaxınlaşdığı barədə məlumat verib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, asteroidin dəqiq ölçüləri hələ məlum deyil.
 
NASA-nın məlumatına əsasən, onun uzunluğu 70-160 metr təşkil edir. Asteroid öz ölçülərinə görə məşhur Biq Benin və ya London əyləncə çarxının hündürlüyünü keçə bilər.
 
SP1-in hərəkət etdiyi sürət saatda təqribən 36 700 mil (saatda təxminən 60 min kilometr) təşkil edir. Onunla Yerin arasında ən az məsafə oktyabrın 3-də olacaq. Həmin vaxt asteroid planetimizdən 0,03926 astronomik vahid və ya 5,87 milyon kilometr aralı keçəcək, bu da Yerdən Ayadək olan məsafəni 15 dəfədən çox üstələyir.
 
Bu cür məsafənin olduqca böyük görünməsinə baxmayaraq,  SP1 ilə Yerin toqquşması fəlakətli nəticələrə gətirib çıxara bilər. Asteroid NASA tərəfindən ilk dəfə sentyabrın 19-da aşkar edilib. NASA onu Yerətrafı obyektlər siyahısına daxil edib.

DİGƏR XƏBƏRLƏR

Top