Paşinyan 50 min dollarlıq saat ittihamlarına cavab verdi FOTO

 
Ermənistanın Baş naziri Nikol Paşinyan öz saatlarını göstərib və bəyan edib ki, onların baha olması barədə şayiələr xeyli şişirdilib. Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, bu barədə N. Paşinyan “Facebook” səhifəsində yazıb.
 
O bildirib: “Faktiki olaraq artıq uzun müddətdir müzakirə edirlər ki, guya mən 50 min dollar dəyərində saat taxıram, mənim isə xəbərim yoxdur. Əslində mən Ermənistan istehsalçısının saatlarını taxıram və onların qiyməti 76 min dram (təqribən 200 dollar) və 105 min dramdır (300 dollara yaxın)”. Baş nazir etiraf edib ki, saatları alarkən ona bir az endirim ediblər.

DİGƏR XƏBƏRLƏR

Top