
İndoneziyanın Palu şəhərində zəlzələ qurbanlarının sayı 420 nəfərə çatıb. Yenivaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Təbi fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarənin rəhbəri deyib.
Daha əvvəl 384 nəfərin öldüyü və 540 nəfərin xəsarət aldığı bildirilirdi. Onun sözlərinə görə, söhbət yalnız Palu şəhərindəki qurbanlardan gedir. Təbii fəlakətin toxunduğu digər bölgələrdəki ölənlərin sayı hələ hesablanmayıb.
Xatırladaq ki, sentyabrın 28-də Sulevesi adasında sahillərində, Palu şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. Ardından həmin ərazidə 7,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Bundan sonra Paliyə iki metr hündürlüyündə sunami gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz