
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib. Açılış matçı "Bakcell Arena"da "Neftçi" və "Səbail" komandaları arasında keçirilib.
İnqilab Məmmədovun baş hakimlik etdiyi oyun ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu meydan sahiblərinin heyətində Frederiko Dario vurub. O, "Səbail" komandasının futbolçusu Jarjue Maudonun səhvindən yararlanaraq, 7-ci dəqiqədə hesabı açıb. 25-ci dəqiqədə Baqali Dabo Tural Axundovun ötürməsindən sonra hesabı 2:0 edib. Braziliyalı forvard 42-ci dəqiqədə daha bir qol vurub. 70-ci dəqiqədə isə Dabo Frederikonun ötürməsindən sonra dubl edərək hesabı 4:0 edib.
Bu qələbə ilə xalını 16-a çatdıran "Neftçi" liderliyə yüksəlib. "Səbail" isə topladığı 7 xal ilə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, hazırda "Əlincə Arena"da "Sabah" - "Qarabağ" görüşü keçirilir. Tura sentyabrın 30-da "Qəbələ" - "Keşlə" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq.(Report)
Tətbiqimizi yükləyə bilərsiniz