![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/29/1/57002f75-5557-4e1c-8489-254a7110edc8/iqor-xakim.jpg)
Qondarma Donetsk Xalq Respublikasının (DXR) Kommunist Partiyasının qurultayında partlayış baş verib. Qurultay zamanı poturacaqlardan birinin altına bərkidilən partlayıcı qurğu işə salınıb.
Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onların arasında DXR rəhbərliyinə namizəd İqor Xakimzyanov da olub.
Hadisə yerində çoxlu sayda polis cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)