
İsveçdə 65 yaşlı bir qadın sosial şəbəkə hesabında müsəlmanları təhqir etdiyi üçün 3 ay müddətinə həbs cəzası alıb. Yeniavaz.com qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə İsveç Dövlət Televiziyası (SVT) məlumat yayıb. Qadın sosial şəbəkə hesabında müsəlmanların ağıl yaşının inkişaf etmədiyini yazıb.
Dini diskriminasiyada ittiham olunan qadın məhkəmənin qərarı ilə 8 dəfə islamı və müsəlmanları təhqir etdiyi sübuta yetirildikdən sonra 3 ay müddətinə azadlıqdan məhrum edilib.