![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/31e2d293-eaff-474f-9982-b215f5a0758b/neftbahalasdii.jpg)
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,8 dollar və yaxud 2,17% bahalaşıb.
Yeniavaz.com xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 84,78 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.