
Tanınmış jurnalist Jalə Mütəllimova bir neçə gün öncə ağır əməliyyat keçirib.
Yeniavaz.com modern.az-a istinadən xəbər verir ki, artıq xəstəxanadan evə buraxılan jurnalistin vəziyyəti qənaətbəxşdir.
Jalə Mütəllimova açıqlamasında gineokoloji problemdən əziyyət çəkdiyini, əməliyyatdan sonra durumunun yaxşılaşdığını bildirib:
"Dünən xəstəxanadan çıxmışam. Müalicələrimə evdə davam edirəm. Ağır bir xəstəliklə qarşı-qarşıya qalsam da, bundan sonra yaxşı olacağıma ümid edirəm. Vəziyyətim yaxşıdır və 2-3 aydan bir həkim qəbulunda olmalıyam".