Zibili düzgün atmadığına görə həbs olundu


İsveçrənin Bil şəhərinin sakini zibili düzgün atmadığına görə iki gün həbsxanada qalacaq.
Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, 33 yaşlı kişi 2017-ci ilin noyabrında zibil paketini küçədə qoyub.
Kommunal xidmət əvvəldən bilindiyi kimi zibil qutularını həmin gün yığışdırmamalıydı. Üstəlik, vətəndaş tullantıları adi paketdə atıb, əslində isə yerli şuranın təyin etdiyi bahalı kisədə atmalıydı.
Zibil polisinin əməkdaşı qaydanı pozanı aşkarlayaraq ona 150 İsveçrə frankı dəərində cərimə yazıb. Lakin kişi cəriməni vaxtında ödəməyib. Buna görə onu ikigünlük həbs ediblər.
Bil şəhərinin rəhbərliyi iddia edir ki, ötən il düzgün atılmayan zibillərə görə 209 sakinə cərimə yazılıb. Daha 600 nəfər xəbərdarlıq alıb.

DİGƏR XƏBƏRLƏR

Top