Zidanın 20 ildir yuyulmayan futbolkası satılacaq


Fransalı futbolçu Zinəddin Zidanın 1998 -ci  il Dünya çempionatının finalında Braziliya yığmasının qapısına 2 qol vurarkən üzərindəki futbolka hərracda satılacaq.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, hərrac oktyabrın 13-də Parisin hotellərinin birindi keçiriləcək.
Söhbət XL ölçülü futbolkadan gedir. Z. Zidan onu iki qol vurduğu birinci taymda geyinib. Futbolkada hələ də tər izləri var, çünki indiyədək bir dəfədə olsun yuyulmayıb. 10 nömrəli futbolkaya 20-40 min avro verilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top