Ərdoğanın istəmədiyi jurnalist mətbuat konfransında iştirak etmədi


Türkiyəli jurnalist Can Dündar Almaniya Kansleri Angela Merkel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən mətbuat konfransında getməmək qərarına gəlib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalist Berlində deyib.
O bildirib: “Mən bu mətbuat konfransına getməmək qərarına gəlmişəm”.
Daha əvvəl KİV-in verdiyi məlumata əsasən, R.T. Ərdoğan həmin jurnalistin mətbuat konfransına gələcəyi təqdirdə, jurnalistlərlə ünsiyyəti ləğv edə biləcəyini bildirib.
C. Dündar Türkiyədə dövlət sirrini açmağa görə təqribən 6 il müddətinə azadlıqdan məhrum edilib. O, 2016-cı ildə Almaniyada sığınacaq alıb.

DİGƏR XƏBƏRLƏR

Top