Azərbaycanda hərbi zavodda yanğın oldu


Bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın olub. 

Yeniavaz.com xəbər verir ki, Şirvan Şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, zavodun 8-ci blokunda baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb. 

İlkin məlumata görə, detalların sıxılması üçün nıəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı laqunda ilə dəmir lövhəni kəsən zaman çıxan qığılcım yanğına səbəb olub. 

Hazırda yanğın söndürülüb, ekspertiza təyin edilib. Dəqiq məlumat araşdırmaların sonunda bəlli olacaq.

DİGƏR XƏBƏRLƏR

Top