Ərdoğan: Dözməyib Trampa dedim ki...


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, amerikalı həmkarı Donald Trampla mübahisədə Almaniya Kansleri Angela Merkel ilə birlikdə Rusiyadan qaz almaq hüququnu müdafiə edib.
Yeniavaz.com “A Haber” telekanalına istinadla xəbər verir ki, söhbət iyulun 11-12-də NATO-nun Brüssel sammitində baş tutub.
Türkiyə Prezidenti bildirib: “Tramp iştirakçılara dedi ki, siz hamınız Rusiyanı bəsləyirsiniz, Almaniya ona çoxlu pul verir. Bizdən bəhs etmədi. Bizə nəzakət göstərir. Mən buna baxmayaraq, yenə dözmədim. Hörmətli Prezident, biz təbii qazımızın 50 faizini Rusiyadan alırıq. Biz bunu almasaq, vətəndaşlarımız qışda üşüyəcək. Mən bu etirazı edəndə Merkel söhbətə qoşularaq təbii qazın 38 faizini Rusiyadan alırıq, xalqımı üşüdə bilmərəm dedi. Türkiyənin sanksiyalar mövzusunda mövqeyi konkretdir. Strateji məhsullarda geri addım ata bilmərik”.
 

DİGƏR XƏBƏRLƏR

Top