
ABŞ Mənbicdən PYD/YPG terror qruplaşmasının çıxarılması barədə vədinə əməl etməyib. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, ABŞ Mənbic üzrə yol xəritəsinə və təqviminə əməl etməyib: “YPG bu regionu tərk etməyib. ABŞ vədlərinə sadiq qalmayıb”.
R.T.Ərdoğan ABŞ-ı Suriyanın şimalında terror təşkilatı ilə birlikdə hərbi iştirakını gücləndirməkdə ittiham edib və əlavə edib ki, Ankara İdlibdə cavab tədbirləri görür.
R.T. Ərdoğan “Türkiyə YPG-nin nəzarətindəki Fərat çayının şərq ərazilərində Rusiya ilə razılaşdırılmış əməliyyat keçirəcəkmi” sualına cavab olaraq bildiri ki, hazırda bu məsələ gündəmdə deyil: “Lakin deyə bilmərəm ki, bu baş verməyəcək. Gəlin hadisələrin inkişafına baxaq”.
Tətbiqimizi yükləyə bilərsiniz