Almaniya Prezidenti: Ərdoğanın səfəri münasibətlərin normallaşması demək deyil

 
Berlin və Ankara ikitərəfli münasibətləri normallaşdırmaqdan hələ də uzaqdırlar. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Berlinə səfəri fonunda deyib.
 
Onun sözlərinə görə, bu səfər normallaşdırmanın ifadəsi deyil: “Biz bundan çox uzağıq, lakin o (səfər), başlanğıc ola bilər”. Almaniya Prezidenti Ankaranı hüquqi dövlətin möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırıb: “2016-cı ildə dövlət çevrilişinə cəhdin vurduğu travmadan sonra biz Türkiyənin hüquqi dövlət prinsiplərinə qayıtmasını gözləyirik. Biz KİV-ə, məhkəmə orqanlarına və həmkarlar ittifaqlarına qarşı təzyiqlə razılaşa bilmərik və razılaşmayacağıq. İnsan haqlarının təmin edilməsi sahəsində vəziyyətin yalnız yaxşılaşdırılması Türkiyəyə Aİ ilə sıx münasibətlər qurmaqda ümid etməyə imkan verə bilər”.
 
Dövlət başçısı R.T. Ərdoğanın Almaniyaya səfərinə qarşı tənqidləri anlayışla qarşıladığını bildirib, lakin vurğulayıb ki, heç kəs Türkiyə kimi ölkə ilə dialoqun dayandırılmasında maraqlı ola bilməz.  Qeyd edək ki, R.T. Ərdoğan Almaniyaya üçgünlük dövlət səfərinə gəlib və ilk iş olaraq Almaniyadakı türk təşkilatlarının nümayəndələri ilə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top