ABŞ F-35 qırıcısı ilə ilk dəfə hərbi zərbə endirdi

 
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) düşmənə zərbə endirmək üçün ilk dəfə olaraq F-35B çoxhədəfli qırıcı təyyarəsindən istifadə edib. Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, qırıcı Əfqanıstanda “Taliban” hərəkatının mövqelərini bombalayıb.
 
Bildirilir ki, F-35B son 24 saat ərzində hərbi uçuş həyat keçirib. Qırıcının ekipajı seçilmiş hərəkətsiz hədəfi vurub. F-35B ABŞ-ın Dəniz Piyadaları Korpusu üçün hazılanıb və “Essex” sinifli desant gəmilərinə eniş və uçuş üçün uyğunlaşdırılıb.
 
Qeyd edək ki, F-35B çoxhədəfli qırıcı təyyarəsi stels-texnologiyaya, səsdən sürətli sürətə malikdir, şaquli eniş edə bilir və sürət yığması üçün minimum məsafə tələb olunur. Bir belə qırıcının tikinti qiyməti 150 milyon dollar, onun bir saatlıq uçuş xərci isə 35 min dollardır.
 

DİGƏR XƏBƏRLƏR

Top