
İqtisadiyyat Nazirliyi Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Khazar" Avtomobil Zavodundan 10 ədəd avtomobil alacaq.
Yeniavaz.com xəbər verir ki, bunu report-a açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, zavodda indiyə qədər yüzlərlə maşın istehsal olunub və onların keyfiyyəti alıcıları tam qane edib: “Odur ki, nazirlik həmin avtomobillərdən 10 ədəd alacaq. Bizdən əvvəl digər dövlət qurumları - Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də “Khazar” avtomobilləri alıb”.
N.Səfərov “NAZ-Lifan” markalı avtomobillər istehsal edən Naxçıvan Avtomobil Zavodu fəaliyyətinin dayandırılacağı barədə deyilənlərə də münasibət bildirib: “Həmin zavod işini davam etdirir. Düşünmürəm ki, onun fəaliyyəti tam dayandırılacaq".