Bakıda ağır qəza: Ölən və yaralananlar var


Bakıda ağır yol qəzası baş verib. Yeniavaz.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 26-da saat 9 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini Fariz Muradov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış Şaban İsayevə məxsus “Ford” markalı avtomobilə vurub. Nəticədə F.Muradov və sərnişinləri - Ağcabədi rayon sakini Sahib Əliyev və Şirvan şəhər sakini Elxan Novruzov xəstəxanaya yerləşdirilib, S.Əliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top