Tramp FED-in son qərarından narazıdır


ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmasından narazılığını bildirib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları Komitəsinin 2 günlük iclası başa çatıb. İclasın yekununda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə çatdırılmasına qərar verilib.

“FED-in uçot dərəcəsini artırmaqdan xoşu gəlir. Bu, məni narahat edir. Onlar ABŞ-da vəziyyət yaxşı olduğuna görə faizləri qaldırdılar. Mən bundan narazıyam”, - dövlət başçısı qeyd edib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top