Rusiyada evində qul saxlayan azərbaycanlıya hökm oxundu


Rusiyanın Kemerovo vilayətinin Marisniki rayonunun sakinləri – 39 yaşlı azərbaycanlı və onun 34 yaşlı rusiyalı sevgilisi qul əməyindən istifadədə və iki rusa qarşı zorakılıq tətbiq etməkdə ittiham edilib. Yeniavaz.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, onlar müvafiq olaraq 4 il 6 ay və 3 il 3 ay müddətinə azadlıqdan məhrum olunublar.

Məhkəmə müəyyənləşdirib ki, onlar 2014-cü ilin payızında evlərinin təmir edilməsi qarşılığında 2 nəfəri – qadın və kişini evlərində yaşamağa dəvət ediblər. Amma bu dəvət uzunmüddətli olub. İşçilər getmək istəyəndə, onlara evi tərk etmək qadağan edilib, onlar döyülərək sənədləri əllərindən alınıb.

Zərərçəkmişlər zirzəmidə saxlanılıb, onlara həftədə bir çörək və bir qutu makaron atılıb. Onların mövsümlük paltarı olmayıb və istənilən münaqişə vaxtı onları döyüblər.

Qadın üç dəfə qaçmağa cəhd edib, lakin hər dəfə onu tapıb geri qaytarıblar. Birgə uğursuz qaçış cəhdindən sonra azərbaycanlı və ru sevgilisi qul kimi saxladıqları insanları meşəyə aparıb, özləri üçün məzar qazmağa məcbur ediblər.

DİGƏR XƏBƏRLƏR

Top