Putin Skripalı zəhərləyənlərdən birinə Rusiyanın Qəhrəmanı adını veribmiş - FOTOLAR

 
Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş əməkdaşı Sergey Skripala qarşı sui-qəsddə ittiham olunan Ruslan Boşirov əslində BKİ-nin polkovniki Anatoli Çepiqadır. Yeniavaz.com-un məlumatına görə, bu barədə “Bellingcat” nəşri və “The Insider”in birgə araşdırılmasında deyilir.
 
“The Insider” məlumat verir ki, 39 yaşlı A.Çepiqa Amur vilayətinin Nikolayevka kəndində anadan olub. 2001-ci ildə növbəti pasport alıb, bu dəfə onu Uzaq Şərq Hərbi İnstitutu verib. Pasportda yaşayış yeri qismində Xabarovsk diyarındakı hərbi ünvanı göstərilib, orada BKİ-nin briqadalarından birinin xüsusi təyinatlı dəstələri yerləşib. Briqadanın döyüşçüləri birinci və ikinci Çeçenistan müharibələrində fəal iştirak ediblər.

 
A.Çepiqa 2003-cü ildə növbəti pasport alıb, həmin pasport etibarsız sənədlər siyahısında göstərilmir. 2000-ci illərin əvvəlində orduda xidmətdən başqa, o, çox güman ki, avtomobillərlə maraqlanıb. 2002-2004-cü illərdə bu adda insan bir neçə yapon markalı maşını uçota alıb. 2010-cu ilin başlanğıcında A. Çepiqa rəsmi olaraq Moskvaya köçür, arvadı və oğlu ilə birlikdə yataqxanada qeydə alınır.

 
A.Çepiqa 2001-ci ildə Uzaq Şərq Ali Ümumqoşun Komandanlığı Məktəbini fərqlənmə ili bitirib. Akademiyanın saytyında o, “fəxri məzun” kimi göstərilib. A. Vladimiroviç Çepiqa 2001-ci ildə Çeçenistanda üç dəfə ezamiyyətdə olub, 20-dən çox mükafatı və fərqlənmə nişanları var. 2014-cü ilin dekabrında isə polkovnik Çepiqaya sülhməramlı missiyanın yerinə yetirilməsinə görə Rusiyanın Qəhrəmanı adı verilib.
 
Xatırladaq ki, Britaniya polisinin məlumatına görə Petrov və Boşirov martın 4-də Skirapal və qızını “noviçok” əsəb-iflic maddəsi ilə zəhərləyib. Bunun üçün onlar Skripalların qaldıqları evin qapısının qulpuna zəhərli maddə yaxıblar.

DİGƏR XƏBƏRLƏR

Top