Bakıda Sofiya robotu ilə ünsiyyət qurmaq olacaq - FOTO


Oktyabrın 26-30-da Heydər Əliyev Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək.

 

Bununla əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin, nazirliyin, Azərbaycan Kiberidman Federasiyasının nümayəndələri, “Keepface” və “FA International Trade Events” şirkətlərinin rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

 

“İnnovasiyalar həftəsi” çərçivəsində təşkil olunacaq sərgidə yüksək texnologiyalar sahəsində ən son yeniliklər nümayiş etdiriləcək, forumlar və müsabiqələr keçiriləcək. İştirakçılar həmçinin dünyanın ən inkişaf etmiş süni intellekt hesab olunan Sofiya adlı robotla ünsiyyət qura biləcək.

 

“FA International Trade Events” şirkətinin rəhbəri Nailə Babayevanın sözlərinə görə, Sofiya 60-dan çox üz ifadəsini təkrar etmək, müsahibi ilə göz əlaqəsi qura bilmək, insanları yadda saxlamaq və dialoqu davam etdirmək qabiliyyətinə malikdir:

 

“Sofiya Azərbaycan milli geyimində çıxış edəcək və qonaqları Azərbaycan dilində salamlayacaq”.

Bundan başqa, Azərbaycan Kiberidman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək. Bu turnir çərçivəsində kompüter oyunları üzrə yarışlar təşkil olunacaq. (modern.az)

DİGƏR XƏBƏRLƏR

Top