
2013-cü ildə münaqişənin başlamasından bəri Cənubi Sudanın azı 382 900 sakini həlak olub. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu baədə London Gigiyena və Tropik Təbabət Məktəbinin saytında yerləşdirilən məruzədə deyilir.
Məruzəyə əsasən, insanların əksəri ölkənin şimal-şərq və cənub rayonlarında həlak olub: “Əsasən kişilər həlak olub, lakin qurbanlar arasında qadın və uşaqlar da var”. Bildirilir ki, müharibə 2018-ci ilin əvvəlinədək ölkənin daxilində iki milyona yaxın insanın başqa yerə köçməsinə və 2,5 milyon insanın qonşu dövlətlərə pənah aparmasına səbəb olub. Ölkəyə humanitar yardımın göstərilməsi dünya ən böyüklərdən biri olub. Yardım 2018-ci ildə 1,7 milyard dollar təşkil edib və 6 milyona yaxın insanı əhatə edib.
Qeyd edək ki, Cənubi Sudanda dink xalqı və nuer qəbiləsi arasında silahlı münaqişə 2013-cü ildən davam edir. Cənubi Sudan 2011-ci ildə Sudandan ayrılıb.
Tətbiqimizi yükləyə bilərsiniz