Dağıstanın keçmiş başçısı Abdulatipovun qardaşı saxlanıldı


Rusiyanın Federal Təhlükəsizlik Xidməti Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipovun qardaşı Rəcəb Abdulatipovu Mahaçqalada saxlayıb.
Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, hazırda o, istintaq komitəsinin əməkdaşları tərəfindən dindirilir.
Bu ilin iyununda Rəcəb Abdulatipov ağır cinayət törətmək şübhəsi üzrə saxlanılmışdı. O, “Yedinaya Rossiya” regional siyasi şurasının üzvü, Dağıstan Xalq Yığıncağının təhsil, elm, mədəniyyət, gənclərlə iş, idman və turizm üzrə komitənin sədridir. 2006-2016-cı illərdə Dağıstan üzrə Federal Miqrasiya Xidməti idarəsinin rəisi vəzifəsin tutub.

DİGƏR XƏBƏRLƏR

Top