Ərdoğan: Radikal qruplar İdlibdən çıxmağa başlayıb


Silahlı qruplaşmalar Suriyanın İdlib vilayətində silahsızlaşdırılmış bölgədən çıxmağa başlayıblar.
Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında imzalanmış 10 maddəlik memoranduma əsasən, Moskva Suriya rejiminin 15-20 kilometrlik silahsızlaşdırılmış bölgəyə girişinin qarşısını alacaq, Ankara isə mərkəzdə radikal qruplara nəzarət edəcək və onların bölgədən çıxmasını təmin edəcək. Silahlı qruplar artıq bölgədən çıxmağa başlayıb”.

DİGƏR XƏBƏRLƏR

Top