Trampın sözləri BMT-də gülüşə səbəb olub - VİDEO


 
ABŞ Prezidenti Donald Trampın öz administrasiyasının böyük uğurları haqqında sözləri BMT Baş Assambleyasının zalında gur uğultu və gülüşlə qarşılanıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, məzəli hadisə D. Tramp BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxış edərkən baş verib.
 
Amerika Prezidenti bildirib: “İki ildən də az müddət ərzində mənim administrasiyam ölkəmizin tarixində bütün digər administrasiyalardan daha çox şeyə nail olub”. O, sözlərini “Amerika” ilə davam etdirdikdən sonra zalda oturanların çoxu gülüşüb və uğultu yayılıb.
 
D. Tramp buna cavab olaraq “belə reaksiya gözləmirdim, lakin eybi yoxdur” deyərək gülümsəyib. Ardından gülüş daha da güclü yayılıb, hətta alqışlayanlar da tapılıb. ABŞ lideri çıxışını davam etdirərək ölkəsindəki əlverişli iqtisadi vəziyyətə diqqət çəkib.

DİGƏR XƏBƏRLƏR

Top