Ərdoğan Trampla görüşdü


 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxış etməzdən əvvəl amerikalı həmkarı Donald Tramp ilə ayaqüstü görüşüb. Yeniavaz.com “YeniaŞafak” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin rabitə naziri Fahrettin Altun özünün “Twitter” səhifəsində məlumat verib.
 
Bildirilir ki, iki lider Baş Assambleyanın salonundan kənarda qısa söhbət edib. Amerika və Türkiyə prezidentlərinin söhbətinə onların həyat yoldaşları Melanya Tramp və Əminə Ərdoğan da qoşulub. Görüşün ardından R.T. Ərdoğan BMT Baş Assambleyasında çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top