
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevaya Rusiyada yüksək vəzifə verilib.
Yeniavaz.com “Rambler.ru”ya istinadən xəbər verir ki, N.Şirəliyevaya Moskva vilayənin mədəniyyət naziri postu həvalə olunub. Bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyev region hökumətinin müşavirəsində açıqlayıb.
Qeyd edək ki, Nərmin Şirəliyeva Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur. İngilis və fransız dillərini mükəmməl bilir.
Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından məşhur televiziya və kino rejissoru, sseranist Yevgeni Aleksanrdoviç Qinsburqla ailə həyatı qurub. Nazir qızı Y.Qinsburqdan 29 yaş kiçik olub. Cütlüyün 1999-cu ildə Aleksandr adlı bir oğulları dünyaya gəlib.. Qinsburqun birinci evliliyindən 3 qızı var.
2012-ci ildə 66 yaşlı Yevgeni Qinsburq insultdan vəfat edib.
Tətbiqimizi yükləyə bilərsiniz