Sosial şəbəkədə “Van Damm” kimi məşhurlaşan Ruslan kimdir? - VİDEO

Son zamanlar “İnstagram”da məşhur olan videobloggerlərdən biri də özünü izləyicilərinə Azərbaycanın "Van Damm"ı olaraq tanıdan Ruslan İsmayılovdur.

Ruslanın Van Dammın hərəkətlərini təkrarlayaraq video çəkməsi və özünəməxsus danışıq tərzi hər kəsin marağını cəlb edib. Bu videolara görə onu tənqid və təhqir edən də, tərifləyən də var.

Yolumuzu Zaqataladan, Ruslanın yaşadığı Çobankol kəndindən salırıq.

31 yaşlı Ruslan İsmayılov bildirir ki, Zaqatalada doğulub. İki bacısı və bir qardaşı var. Fəhləlik edərək dolanan Ruslan məktəbə getmədiyini, amma oxuyub-yaza bildiyini qeyd edir: “Hələ telefonla da yazışıb, mesajlaşıram. Bunları sizə özümü tanıtmaq üçün deyirəm".
Ətraflı videoda...
(Open.az)

DİGƏR XƏBƏRLƏR

Top