FIFA ilin ən yaxşılarını açıqlayıb - VİDEO


“Liverpul” klubunun və Misir yığmasının hücumçusu Məhəmməd Salah 2018-ci ildə ən yaxşı qolun müəllifi kimi Ferents Puşkaşadına mükafat alıb.
 
Yeniavaz.com “Sports.ru” saytına istinadla xəbər verir ki,  mükafatı oyunçuya Londonda keçirilən “The Best FIFA Football Award” mərasimində təqdim ediblər.
 
26 yaşlı forvardın İngiltərə Premyer-Liqası çərçivəsində “Everton” komandasına vurduğu qol ən yaxşı hesab olunub.
 
FIFA ən yaxşı məşqçini seçdi
 
FIFA-nın versiyasına əsasən Futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam ötən mövsümün yekunları üzrə ən yaxşı məşqçi seçilib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, mütəxəssisə mükafatı Londonda keçirilən “The Best FIFA Football Award” mərasimində təqdim ediblər.
 
D. Deşamın başçılıq etdiyi Fransa yığması Rusiyada keçirilmiş 2018- Dünya çempionatında finalda Xorvatiya millisini 4:2 hesabı ilə məğlub edərək birinci yeri tutub.  Oktyabrda 50 yaşı tamam olacaq D. Deşam 2012-ci ildən Fransa millisinə başçılıq edir. 
 
Kişi komandaların ən yaxşı məşqçisi mükafatına digər namizədlər isə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç və “Real” Madridin keçmiş çalışdırıcısı Zinəddin Zidan olublar.

DİGƏR XƏBƏRLƏR

Top