"Havaya virus buraxılır?" - Rəşid Mahmudov CAVAB VERDİ


Adətən fəsil dəyişdiyi ərəfələrdə çox adam soyuqdəymədən, qripdən, ishaldan və halsızlıqdan əziyyət çəkir. Bəzən alışılmış müalicə üsulları da sağalmağa kömək etmir. Belə vaxtlarda hətta bəzi həkimlər də deyir ki, bu virusdur, azı 3 gün yüksək temperatur, halsızlıq və s. davam edəcək.
Əsasən sosial şəbəkələrdə, insanlar arasında əsası olmayan belə bir fikir yayılıb: "Havaya virus buraxılıb ki, insanlar xəstələnsinlər".
Yeniavaz.com əsası olmayan bu fikirlərə münasibət öyrənmək üçün tibb elmləri namizədi Rəşid Mahmudova müraciət etdi.
R. Mahmudov bildirdi ki, havaya heç nə qatılmır: "Azərbaycanda bir milyona yaxın avtomobil var. Mən yoxlamışam, 1 qram benzin yanarsa bu 16 qram oksigenin məhv olması deməkdir. Hesablamışam, bir ildə Bakının üzərində təkcə avtomobillərdən çıxan 48 min ton zəhərli maddə əmələ gəlir. Havaya heç nə qatılmır, yalan deyirlər. Düzəldilmə viruslar var, onları ayrı-ayrı dövlətlər düzəldir, o başqa şeydir".
Gənc valideynlər arasında da uşaqlara peyvənd vurulub-vurulmaması ilə bağlı da əsası olmayan fikirlər səslənir. Bəziləri deyir ki, uşaqlara peyvənd vurulması zərərlidir, bəziləri isə bunun əksini müdafiə edir.
Bu məsələyə də münasibət bildirən Rəşid müəllim dedi ki, uşaq çox zəifdirsə ona peyvənd vurmaq olmaz: "Belə uşaqlara peyvənd vurdurmasınlar. Əgər uşaq sağlamdırsa, vurdurulmalıdır. Özü də savadlı mütəxəssis vurmalıdır. Elə bilirsiz hər adam onu bilir? Biraz dozadan aşağı vurmaq lazımdır. Bəzən dozasını güclü edirlər, ağır nəticələrə gətirib çıxarır. Uşağın sağlamlığının böyük əhəmiyyəti var, bunu etmək lazımdır. Əgər uşağa peyvənd vurulmasa müəyyən xəstəliklərə tutula bilər, amma peyvənd vurulan uşaqlar tutulmayacaq".

DİGƏR XƏBƏRLƏR

Top