Türkiyə gələn ay rahib Bransonu azad edə bilər


Türkiyədə iki ildir ev həbsində olan amerikalı rahib Endryu Bransonu oktyabrın 12-də azad edə bilər. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin rəsmi şəxsləri “The Wall Street Journal” qəzetinə deyiblər.
Onun sözlərinə görə, rahibin oktyabrın 12-də növbəti məhkəmə iclasının yekunu üzrə azad olunma ehtimalı var: “Bu cür ssenari mümkündür. Bunun baş verməsi üçün Donald Tramp administrasiyası Ankaraya təzyiq göstərməyi və rahibin ABŞ-a qaytarılmasını təkid etməyi dayandırmalıdır”.
Xatırladaq ki, rahib E. Branson 2016-cı ildə Türkiyədə həbs olunub. O, PKK terror təşkilatı ilə bağlantısının olmasında və 2016-cı ildə ölkədə dövlət çevrilişinə hazırlıqda ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top