Azərbaycan regionda daşınmaz əmlakın ən baha olduğu ölkədir - SİYAHI

 
Azərabaycan region ölkələri arasında daşınmaz əmlakın ən baha olduğu ölkə hesab olunur. Yeniavaz.com xəbər verir ki, "numbeo.com" araşdırma saytına dünyanın 91 ölkəsində əhalinin gəlir səviyyəsini və daşınmaz əmlakın qiymətlərini araşdırıb. Araşdırmanın nəticəsinə görə gəlir səviyyəsilə müqayisə aparıldığı zaman dünyada ən bahalı daşınmaz əmlak Venesuelada satılır.
Venesueladan sonra gəlir səviyyəsilə müqayisə ən bahalı daşınmaz əmlakın olduğu ölkələrin ilk 5-liyini Honq-Konq, Çin, Şri-Lanka, Nepal tamamlayır.
Daşınmaz əmlakın gəlir səviyyəsilə müqayisə ən ucuz olduğu ölkələrin ilk 5-liyinə isə Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərən Əmirlikləri, Cənubi Afrika və Fələstin daxildir.
Azərbaycan siyahıda 91 ölkə arasında 76-cı sırada yer alıb.

Keçmiş SSRİ və region ölkələrnin siyahıdakı mövqeləri belə olub:
24 - Estoniya  
27 - Türkiyə
36 - Latviya
42 - Rusiya
48 - Litva
49 - Gürcüstan
52 - Qazaxıstan
59 - Ermənistan
60 - İran
69 - Moldova
72 - Belarus
75 - Ukrayna
76 - Azərbaycan

DİGƏR XƏBƏRLƏR

Top