"Yağışa görə sizə dəyən ziyanı TƏLƏB EDƏ BİLƏRSİNİZ" - Vəkil


"Bakıya yağan yağışdan sonra yollar iflic oldu. Kanalizasiya sisteminin düzgün işləməməsi və ya bəzi yerlərdə ümumiyyətlə olmaması nəticəsində yollarda gölməçələr əmələ gəlib. Bu əmələ gələn gölməçələrin üzündən kiminsə əmlakına (avtomobil, daşınmaz əmlak və s.) ziyan dəyibsə kompensasiya tələb edə bilər". Yeniavaz.com xəbər verir ki, bunu vəkil Hikmət Hüseynzadə bildirib.
"Bu ziyanın əvəzini məhkəmə qaydasında, bu məsələdə günahkar olan (zamanında öz işlərini düzgün etsəydilər bu problem meydana gəlməzdi) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və ya "Azərsu" ASC-dən tələb edə bilərlər. Bu yağış təbi fəlakət deyil. Payız mövsümünə xarakterik olan normal bir təbiət hadisəsidir",-deyə vəkil vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top