Təcili yardım maşını piyadanı vurub öldürüb


Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes" markalı avtomobil Məlikqasımlı kənd sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Afizə Sayadxan qızını vurub. A.Nuriyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Məlumata görə, təcili yardım avtomobili xəstə aparırmış.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top