
Kimisi dən atır, kimisi günəbaxan tumu, bəziləri isə ayaq saxlayıb onların hərəkətini, uçuşunu seyr edir. Yeniavaz.com xəbər verir ki, Mingəçevir sakini digər quş saxlayan həvəskarlardan fərqlənərək göyərçinləri parkda bəsləyir. Fəxrəddin Salmanov böyük şəhərlərdə buna rast gəldiyindən Mingəçevirdə də bu ənənəni davam etdirmək fikrinə düşüb. Hazırda park ərazisində müxtəlif növə aid 60-dan artıq göyərçin var.
O, canlıların təmizliyinə, sağlam qalmasına daha çox diqqət yetirdiyini deyir.
Quşbazın sözlərinə görə, park ərazisində hərəkət edənlər göyərçinlərə daha çox maraq göstərirlər. Hətta bu canlıları piayada keçidindən çıxıb görən zaman üzlərdə təbəssüm də yaranır.
Fəxrəddin Salmanov müxtəlif rəngli quşların müştərisinində az olmadığını bildirdi. Satışdan əldə olunan gəlir isə canlıların yem tədarükünə xərclənir.
Göyərçinlərin artımı üçün xüsusi yerlər hazırlayan şəhər sakini bir neçə quşun yumurtlayaraq bala çıxarmaqağa hazırlaşdığını bildirdi.
Qeyd edək ki,18 günə yumurtadan çıxan canılılar 40 günündə artıq uçmağa başlayır.
Mingəçevirdə bir çox sayda sakin göyərçin saxlamaqla məşğuldur. Onlardan biri də Paşa Quliyevdir.
Paşa deyir ki, əsəb xəstəliyinin sakitləşməsində bu quşların xeyri çoxdur.
Esmira Hidayətova, Mingəçevir
