"Toppuş bacı" ilə bağlı İTTİHAM: "Müalicəsini dövlət üzərinə götürüb, pulu nəyə yığırlar?"


"Əziz dostlar, son günlər Zaur Baxşəliyevin ATV kanalında yayımlanan layihəsində aktrisa Tünzalə Əliyevanın xərçəng xəstəliyinin üzərində aparılan pul yığma kompaniyası bir vətəndaş kimi məndə ciddi narahatçılıq yaradıb". Yeniavaz.com xəbər verir ki, bunu tanınmış hüquqşünas Tahir Əlirzayev bildirib.
"Bildiyim qədər, dövlətimiz Tünzalə xanımın bütün müalicə xərclərini qarşılayıb. Bu halda bu şou nəyə lazımdır? Ən pis tərəfi odur ki, insanlardan pul toplayıb onun evinin kredit borcunun ödənilməsinə sərf olunur. Bunun adı nədir? Xalqımızın imkansıza əl tutmaq kimi ənənəsinə bu cür şoularla xələl gətirməyək. Bundansa, daha çox ehtiyacı olanlara, imkansızlara, sadə sıradan vətəndaşlara əl tutmaq daha çox savab olardı",-deyə hüquqşünas vurğulayıb.
Jurnalist Esmira Cavadova isə baş verənlərə belə münasibət bildirib: "Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva neçə gündür canlı efirə çıxır, Zaurun verilişindən ağlayıb, müraciət edib pul toplayır. Əgər bu pulu açıq-aşkar müalicə üçün toplayırsa, hanı Milli Onkologiyanın rəhbəri, çıxsın ortalığa görək, mən ona zəng vuranda hər dəfə üstümə bağırır ki, təxribatla məşğulsan, bizdə xərçəng xəstələrinin müalicəsi pulsuz həyata keçirilir. (Halbuki, ilyarımdır özüm dörd uşağın xəstəliyinin müalicəsinə bir neçə adam cəlb etmişəm və müayinələrini, müalicələrini o adamlar etdirir, dərmanlarını o adamlar toplaşıb alır). Əgər ipotekadakı evinin ödənişinə görə toplayırsa, qarşısında dağ boyda həyat yoldaşı var, başına bir iş gəlsə, həyat yoldaşı ödəyəcək. Bəs bu pul niyə toplanır? Adamı niyə hər gün efirə çıxardıb pul toplayırlar görəsən".
"Tanınmışlar, məşhurlar xəstələnən kimi efirlərə çıxır, verilişlərə, proqramlara qatılır, imkanlı şəxslərdən kömək istəyir, diqqət cəlb edir, müraciətlər olunur, müalicə ala bilirlər. Amma hər gun neçə-neçə tanınmamış, kimsəsiz, efirlərə çıxa bilməyən xəstə insan müalicəsinə pul tapmayaraq, dərmanlarını ala bilməyərək sakitcə dünyadan köçür, heç kimin diqqətini cəlb etmir". Bunu isə AMEA-nın elmi işçisi Elyar İslam bildirib.
"Pul toplamaqla, yardım etməklə hamını sağaltmaq olmaz, hamının dərdinə çarə olunmaz. Səhiyyə şəffaflaşdırılmalı, tibbi sığorta məsələləri həll edilməli, insanlar pulsuz müalicə almalı, bir çox xəstəliklərə görə pulsuz verilməli olan dərmanlar pulla satılmamalı, apteklərdə keyfiyyətsiz dərman satışına birdəfəlik son qoyulmalıdır. Sağlam yaşamaq hər kəsin haqqıdır",-deyə Elyar İslam vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top