Milyonçunun 15 yaşlı qızı təyyarədə öldü - Səbəb sendviç..


"Wow Toys" oyuncaq istehsalı üzrə Britaniya şirkətinin yaradıcısının qızı Nadima Ednan-Laperuz Londondan Nitsaya uçan, "British Airways" şirkətinin təyyarəsində ölüb.

Bu barədə "Daily Mail" xəbər verib.

Nadima uçuşdan əvvəl hava limanında "Pret a Manger" mağazalar şəbəkəsinin hazırladığı sendviçi yeyib. Təyyarədə olarkən qızda kəskin allergik reaksiya yaranıb. Yeniyetməni Nitsa xəstəxanasına çatdırsalar da, artıq hər şey gec idi.

Hadisə ilə bağlı araşdırma aparılır.
(Milli.az)

DİGƏR XƏBƏRLƏR

Top