Sosial şəbəkədə məşhurlaşan Xəyyam kişi kimdir? - VİDEO

Onun haqqında qısa bir cümlə demək kifayət edir ki, sosial şəbəkələrdəki videoları yada düşsün. Vandamın oğlunun toyuna getmişdim, arağı acqarnına yox, xaşla içmişəm və sair. Son bir ildə onun videoları ən çox baxılanlar arasındadır. Orta yaşlı kişinin videosunu ətrafdakılar çəkir və sosial şəbəkələrdə yayır. Məzəli və qeyri adı cavabları isə onun videolarını ən çox baxılanlar sırasına salır. Bəs videolardakı xəyyam kişi kimdir? Xəzər xəbərın araşdırması zamanı məlum olub ki, alkoqol asılısı olan bu şəxsin əslində bu qədər bilgili olmasının ciddi səbəbləri var.

Təxminən 1 il əvvəl bu videosu ilə sosial şəbəkələrdə məhşurlaşdı. Vandamın oğlunun sünnət toyundan gəlirəm deməsilə bütün sosial şəbəkələrdə ən çox paylaşılan obrazlardan oldu.

Məzəli hazırcavablığı onu qısa müddətdə hamıya tanıtdı. Ən son isə bir daha spirtli içki içməyəcəyinə dair verdiyi sözlə yenidən sosial şəbəkələrin fenomeninə çevrildi.

Paylaşımlarda onun adının sadəcə Xəyyam olduğu yazılırdı. Bəs sosial şəbəkələrin fenomeninə çevrilən bu adam əslində kimdir? Yeniavaz.com xəbər verir ki, "Xəzər Xəbər" onu yaşadığı Bərdə rayonunda taparaq elə hamı üçün maraqlı olacaq sualları soruşub.

Bərdənin Dəymədağlı kəndində yaşayan 48 yaşı Xəyyam Kərimov hazırda alkoqol asılısı olsa da onun keçmiş həyatını öyrəndikcə insan dəhşətə gəlir.

Orta məktəbi əla qiymətlərlə oxuyub. Ardınca peşə təhsili alıb, sürücülük və çilingərlik peşələrinə yiyələnib. Sosial şəbəkələrdə müxtəlif ölkələr haqda maraqlı məlumatlar səsləndirməsinin səbəbi isə coğrafiya fənnini dərindən öyrənməsi olub.

Ailəsinin imkansız olmasına görə ali təhsil ala bilməsə də, iddia edir ki, istənilən ali təhsilli insan qədər biliklidir.

Xəyyam Kərimov ailəlidir. 7-ci sinifdə oxuyan bir övladı var. Deyir ki, insanları məzəli sözlərlə əyləndirmək ona xoş gəlir.

 

DİGƏR XƏBƏRLƏR

Top