Prezidentlərin şəklini paylaşdığı üçün işdən qovuldu


Polşa telekanalı Belsat SMM üzrə mütəxəssisini işdən qovub.

Buna səbəb telekanalın SMM mütəxəssisi İvam Şilo Polşa və ABŞ prezidentlərinin şəklini paylaşan zaman yazdığı başlıq olub. O, facebookda fotonu paylaşaraq “Soldakı Polşa prezidentidir” yazıb.

Şəkildə Ağ evdə ABŞ prezidenti Donald Tramp kresloda oturub, Polşa prezidenti Andjey Duda isə ayaq üstə dayanaraq müqavilə imzalayırlar. Bu foto tənqidlərə və gülüşə səbəb olub. Hər kəs bu fotoda Polşa prezidentinin özünü belə vəziyyətdə alçatmasını qeyd edib. Hətta bəziləri Kim Çen In ilə Tramp müqavilə imzalarkən üz-üzə oturmalarını misal göstəriblər. Hansı ki, o şəkillərdə hər iki prezident stolda oturub.

Bu şəkli sosial şəbəkələrdə paylaşılandan bir gün sonra İvan Şilo heç bir səbəb göstərilmədən işdən azad edilib. (Sputnik-Azərbaycan)

DİGƏR XƏBƏRLƏR

Top