Velosipedlə dünya turuna çıxan italiyalı turistlər Azərbaycana çatıb


Bir müddətdir velosepedlə dünya turuna çıxan italiyalı turistlər Azərbaycana çatıb. David və Qabriyella cütlüyü ölkəmizdə ilk dəfə olduğunu deyir. "Sınıq körpü" buraxlış məntəqəsindən Azərbaycana keçən turistlər ölkələri gəzib adət-ənənlərini öyrənmək fikirindədilər. Bakı-Qazax avtomgistralı boyunca kəndləri keçən italiyalı cütlüyün ölkəmzidəki qədim yaşayış məntəqələri daha çox diqqətlərini çəkib. Onlar Gəncə şəhərində qədimliyin və müasirliyin sintezinin olduğunu, Mingəçevir və Qəbələnin turizm bölgəsi kimi tanındığını bildirblər. “Qarabağ” futbol klubunun oyunlarını izlədikdən sonra isə Azərbayacana maraqları daha da artıb. Qeyd edək ki, David və Qabriyella cütlüyü Goranboy,Mingəçevir, Qəbələ şəhərlərini gəzdikdən sonra paytaxta istiqamət alacaqlar. Səyahətə çıxan itlayanların son dayanacağı isə İngiltərənin paytaxtı London olacaq.

Esmira Hidayətova, Goranboy,Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top