Pambığın qiyməti neçəyədir? - Dünyada və Azərbaycanda


Dünya bazarlarında pambığın qiymətndə kəskin şəkildə ucuzlaşma müşahidə olunur. Yeniavaz.com xəbər verir ki, dünyanın aparıcı pambıq satışı bazarlarından biri olan ABŞ-da 100 funt (45 kq) pambığın satış qiyməti son 10 gün ərzində 6,7% və ya 5,6 dollar ucuzlaşaraq 83,9 dollardan 79,3 dollara düşüb. Bu isə o deməkdir ki, hazırda ABŞ-da 1 kq pambığın satış qiyməti 1,76 dollar və ya 3 manat təşkil edir. Bənzər qiymət təkcə ABŞ-da deyil digər ölkələrdə də müşahidə edilir.
Rusiyada 1 kq pambığın qiyməti 117 rubla və ya 2,9 manata bərabər olub.
İngiltərədə 1 kq pambığın qiyməti 1,35 avro rubla və ya 2,7 manat,
Çində 1 kq pambığın qiyməti 12 yuana və ya 3 manat,
Yaponiyada 1 kq pambığın qiyməti 197 yenə və ya 2,95 manat,
Türkiyədə 1 kq pambığın qiyməti 10,5 lirə yenə və ya 2,84 manat
 təşkil edib.  
Məlumat üçün qeyd edək ki, Azərbaycanda bu ildən etibarən pambığın növləri üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılıb. Hazırda Azərbaycanda 1-ci növ pambığın hər kq-ı fermerlərdən 65 qəpiyə alınır. Xaricə ixrac etdiyimiz pambıq lifinin 1 kq-nın gömrük dəyəri isə bu il 1,5 dollar və ya 2,6 manat olub.
Qeyd edək ki, regionun əsas pambıq istehsalçılarından olan Özbəkistanda da bu ildən etibarən pambığın alış qiyməti artırılıb. Hazırda Özbəkistanda 1 kq pambığın dövlət tərəfindən alış qiyməti 5717 som və ya 1,15 manata bərabərdir.
Onu da qeyd edək ki, Çin, Hindistan və ABŞ dünyada ən çox pambıq istehsal edən ölkələrdir. Ötən il dünyada istehsal olunan pambığın 1/4-i Çinin payına düşüb. Dünya üzrə istehsal olunan 26 milyon ton pambığın 6,5 milyon tonu Çində istehsal edilib. Bundan başqa ümumi istehsalın 6,4 milyon tonu və ya 24,6%-i Hindistanın, 3,5 milyon tonu və ya 13,4%-i ABŞ-ın payına düşüb. Nəticədə, dünya üzrə pambıq istehsalının 63%-i 3 dövlətin - Çin, Hindistan və ABŞ-ın payına düşüb.
Pakistan pambıq istehsalına görə dünyada 4-cü sırada qərarlaşıb. Pakistanda ötən il ərzində təxminən 2,3 milyon ton pambıq istehsal edilib. Nəticədə dünya pambıq istehsalının 8,8%-i Pakistanın payına düşüb.
Bunlardan başqa il ərzində 1,5 milyon ton pambıq Braziliyada, 850 min ton Özbəkistanda, 700 min ton Türkiyədə, 500 min ton Avstraliyada, 330 min ton Türkmənistanda, 300 min ton pambıq isə Meksikada istehsal olunub.
Azərbaycanda isə ötən il pambıq istehsalı 207 min tona bərabər olub və dünyada istehsal olunan ümumi pambığın 0,7%-ni təşkil edib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top